Banklar ucuz alıb, baha qiymətə kredit verirlər - VİDEO

Banklar əmanəti aşağı faizlə qəbul edir, ancaq iki dəfədən çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bu isə problemli kreditlərin artmasına səbəb olur. Bundan başqa, vətəndaşların aşağı faizlə kredit imkanlarına çıxış əldə etməsinə də maneçilik yaradır. Avtosfer.az-ın məlumatına görə, hazırda qorunan manat əmanətlərində faiz dərəcəsi 15, dollar əmanətlərində isə 7 faizdir. Əmanətlərdə faiz dərəcəsi belə olsa da kredit faizlərində bu rəqəm ən aşağı 29 faiz təşkil edir. Hətta bank olmayan kredit təşkilatlarının təklif etdiyi kreditlərdə faiz dərəcəsi 37 faizə yüksəlir. Banklar Assosiasiyasının ekspert qrupunun sədri Anar Kərimov bildirir ki, bank faizlərinin yüksək olmasının bir sıra səbəbləri var. Bunlardan ən əsası isə kredit üçün qoyulan girovların pula çevrilməsində ciddi problemlərin olmasıdır. Anar Kərimov bildirir ki, hazırda bu prosesin işlək mexanizminin yaradılması üzərində iş gedir. Ekspertlər bu dəyişikliyin kredit bazarında canlanmaya gətirib çıxaracağını bildirir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












