"Banklar və bəzi qurumlar bazar günü işləsin” - Tıxacın həlli üçün təklif

Tıxac probleminin aradan qaldırılması ilə bağlı yeni yanaşmalara ehtiyac olduğunu deyən deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında bir sıra təkliflər səsləndirib. Avtosfer.az xəbər verir ki, o bildirib ki, bəzi ölkələrdə iş rejimi səhər saat 7-də başlayır və 16:00-da yekunlaşır ki, bu da nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərir.
Deputatın sözlərinə görə, bəzi müəssisələrin, o cümlədən banklar və digər sektorların bazar günü işləməsi, əvəzində isə həftəiçi müəyyən günlərdə fəaliyyət göstərməməsi də mümkün variantlardan biri ola bilər. O, yaxın vaxtlarda yayımlanan reportajlardan birinə istinad edərək qeyd edib ki, dövlət qulluqçularından biri “8 saat rəsmi işlə, 4 saat isə tıxacla məşğulam” ifadəsini işlədib.
Fazil Mustafa vurğulayıb ki, Bakı sakinlərinin əksəriyyəti işə vaxtında çatmaq üçün evdən ən azı 2 saat əvvəl çıxmalı olur, işdən qayıdarkən də eyni qədər vaxt itirir. Onun fikrincə, tıxac problemi tam həllini tapana qədər vətəndaşların yükünü azaltmaq üçün müəyyən güzəştlər tətbiq edilə bilər.
Deputat təklif edib ki, əgər bir şəxs işə gedib-gəlmək üçün yolda 2 saat vaxt itirdiyini əsaslandıra bilirsə, ona ən azı 1 saat tez işdən çıxmaq imkanı yaradılmalıdır. Bu cür addımların həm iş keyfiyyətini artıracağını, həm də ümumi əmək məhsuldarlığına müsbət təsir göstərəcəyini bildirib.
O, əlavə edib ki, hazırkı şəraitdə Bakının tıxac problemini qısa müddətdə tam həll etmək çətindir və bu səbəbdən avtobusların hərəkəti də daxil olmaqla nəqliyyatın bütün istiqamətləri üzrə tənzimləmə tədbirləri gücləndirilməlidir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












