Baş həkimdən təcili yardım maşınlarının gecikməsi ilə bağlı AÇIQLAMA

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov sosial şəbəkədə Təcili Tibbi Yardım şöbəsinin fəaliyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, E.Kərimov ”Report”un Şirvan bürosuna sosial şəbəkələrdə yayılan məlumatların obyektivlikdən uzaq, əsassız iddia olduğunu deyib: “Xəstəxanamızın Təcili Tibbi Yardım şöbəsində 15 ədəd təcili tibbi yardım maşını var ki, onların hər biri ən müasir təchizatla təmin olunub və normal şəkildə istismar olunur. İcbari Tibbi Sığortanın tətbiqindən öncə təcili yardım xidmətinə sutka ərzində təqribən 50 çağırış daxil olurdusa, indi çağırışların sayı 120-yə çatıb. Biz bütün bu məsələləri araşdırmışıq və tam məsuliyyətlə deyirəm ki, qeyd olunan çağırışların çoxu xidmətimizin xarakterinə uyğun deyil. Yəni səbəbli-səbəbsiz hər kəs təcili yardımı arayır. Bəzən vətəndaşlar sadə baş ağrısı, yorğunluq və digər oxşar problemlərlə bağlı çağırış edib o qədər vaxt alırlar ki, həqiqətən də yardıma ehtiyacı olanın köməyinə vaxtında yetişmək mümkün olmur. Bu isə ciddi xəstələrin haqlı narahazılığına səbəb olur. Bəziləri belə hallardan istifadə edərək işin mahiyyətini bilmədən sosial şəbəkələrdə yazır və cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












