Baş nazir: “Gəmiçilik kanalının inşasının dayandırılmasından söhbət gedə bilməz”

İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, müxalif partiyanın "Kanal İstanbul"un lazımsız layihə olması barədə bəyanatı absurddur.
B.Yıldırım qeyd edib ki, bu layihə strateji əhəmiyyətli təşəbbüsdür və İstanbulda yükdaşımanın artmasına imkan verəcək.
Xatırladaq ki, "Kanal İstanbul" layihəsinin inşa edilməsi ilk dəfə 2011-ci ildə Türkiyə gündəminə gətirilib.
Layihənin ilkin məbləği 60 milyard türk lirəsidir və kanalın inşasının ölkə iqtisadiyyatına ciddi mənada gəlir gətirəcəyi gözlənilir.
"Kanal İstanbul"un eni 400, dərinliyi 25 metr, uzunluğu isə 43 kilometr olacaq. Kanalın inşası çərçivəsində 38,5 hektar ərazidə yeni yaşayış massivləri inşa ediləcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












