Baş Polis İdarəsindən Nadirli İsmayıl barəsində AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət bildirib. Baş İdarədən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 26-da Şirvan şəhər sakini Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsi 28-ci Polis bölməsinə müraciət daxil olub. N.İsmayılın tanışı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb. Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis bölməsinə təhvil verilib.
Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.
Emin
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










