“Baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin məlumatında deyilir.
Bildirilir ki, hadisə ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər. Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meyadançasına və tunellərə təkrar baxış keçiriblər.
Qeyd olunur ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz.
"Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb.
Bütun bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz.
Bir daha qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və "Bakı Metropoiteni"QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər", - deyə məlumatda bildirilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












