Başı kəsilən qız cinayəti ilə bağlı 19 nəfər saxlanıldı - FOTO

Mərakeşin Atlas dağlarındakı turist cinayəti ilə bağlı 19 nəfər saxlanılıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, cinayət araşdırması sayəsində baş verə biləcək terror aktının qarşısı alınıb. Skandinaviyalı turistlərin qətli ilə bağlı aparılan istintaq nəticəsində saxlanılan dəstənin terror törətməyi planladığı aşkarlanıb. Turistlərin vəhşicəsinə qətli ilə bağlı əvvəlcə 4, sonradan isə 15 nəfər saxlanılıb. Terrorçular İŞİD-lə əlaqəli olduqlarını desələr də, Mərakeş polisi bildirib ki, onlar "tənha canavarlardır".
Mərakeşin Kəşfiyyat İdarəsinin sözcüsü Boubker Sabik "2M TV" kanalına açıqlamasında evdən bomba hazırlamaq üçün istifadə olunan maddələrin, ov tüfənglərinin və bıçaqların tapıldığını deyib. O, həmçinin cinayətin İŞİD-lə əlaqəsinin olmadığını söyləyib.
Qeyd edək ki, Mərakeşə istirahətə yollanan 24 yaşlı danimarkalı Louisa Vesterager Jespersen və 28 yaşlı norveçli Maren Ueland Atlas dağlarında yürüyüş zamanı vəhşicəsinə qətlə yetiriliblər. Onların başı kəsilmiş cəsədi ərazidən keçən turistlər tərəfindən tapılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, terrorçular gecə vaxtı qızların qurduqları çadıra girərək onların başını kəsib, videosunu çəkib, sosial şəbəkələrdə paylaşıblar. Qızların cəsədi Norveçə aparılıb. Onların hər ikisi Norveçdə tələbə imiş. Onların zorlanması barədə də xəbərlər yayılsa da, bu informasiyalar doğruluğunu tapmayıb.




Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








