Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi – FOTO

Suriyada qanlı cinayətlər törətmiş terror təşkilatı İŞİD-in məşhur cəlladlarından biri Türkiyədə xəstəxanada tutulub. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, hələb sakini olan və yeniyetmə yaşlarından İŞİD-ə qoşulan Ahmed İsa adlı terrorçu Adana xəstəxanasında müalicə olunarkən saxlanılıb. Məlum olub ki, Suriyadakı döyüş əməliyyatları vaxtı ağır yaralanan və Kilisdən Türkiyəyə keçən terrorçu burada ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə olunduğu müddətdə onun kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Nəhayət Türkiyə hüquq-mühafizə orqanları bir ayağı amputasiya edilmiş şəxsin İŞİD-in məşhur cəlladı olan Ahmed İsa olduğunu müəyyən edib. İŞİD sıralarında döyüşərkən "Əbu Eyyub" və ya "Azuz Habbuş" kod adlarından istifadə edən terrorçunun xeyli müddət əvvəl Türkiyəyə keçdiyi üzə çıxıb. Onun telefonunda aparılan araşdırma zamanı xeyli başı kəsilmiş, dəmir barmaqlıqlardan asılmış insan fotoları tapılıb. Bəzi fotolarda o, öldürdüyü şəxslərin cəsədləri qarşısında əlində avtomatlı formada görünür. Artıq A.İsa həbs edilib. Onun başına 100 min dollarlıq mükafat qoyulduğu bildirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












