Başqasına kömək etmək istədi, həyatını itirdi - VİDEO

Yolda qalmış sürücüyə kömək etmək istədi, baş verən qəzada dünyasını dəyişdi. Avtosfer.az xəbər verir ki, hadisə Saatlı rayonunda baş verib. Rayonun Çolpu kənd sakini Təbriz Bayramov avtomobili ilə Sarıcalar kəndi ərazisində gedərkən maşını nasazlanmış digər sürücüyə kömək etmək istəyib. Bu zaman sürətlə gedən başqa maşın idarəetmədən çıxıb və yol kənarında olan nasazlanmış avtomobilə çırpılıb. Təmir işi aparan Təbriz Bayramov maşın ilə birlikdə su kanalına düşüb və hadisə yerindəcə keçinib. Qəza törədən İlqar Rəşidov və digər sürücü Mübariz Alxanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bərdədəki qəza da ölümlə nəticələnib. Hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürətlə gedən avtomobil idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilin 49 yaşlı sürücü Azər Həzili hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












