Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə

İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Avtovağzal Kompleksindən Avtosfer.Az-a verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 10 yaşına qədər uşaqlar üçün biletin 50 faizi dəyərindədir.
Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.
Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub.
Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya onlayn qaydada əldə etmək olar.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












