“Bayılda geniş qazma işlərinə başlanılacaq” - Aprelin əvvəlində

“Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş, buruq qazma işlərinə başlanılacaq”. Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb. R.Həsənovun sözlərinə görə, ərazidə bir neçə ay araşdırma və digər müvafiq işlər aparılacaq, işlər yekunlaşandan sonra yekun rəy veriləcək: “Yekun rəydə ərazidəki sürüşmə sahəsinin, orada baş verən geoloji proseslərin dəqiq analizi veriləcək. Hazırda ərazidə müşahidə işləri aparılır”.
Sakinlərin sürüşmə zonasında yerləşən evlərinə qayıdıb-qayıda bilməyəcəyi məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, hələ bununla bağlı qərar vermək tezdir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının işi ərazidə olan geoloji proseslərə nəzarət etmək və qeydə alınan faktları qiymətləndirməkdir. Təbii ki, bu məsələyə də baxılacaq. Bəlkə də, sakinlərin evlərinə qayıtması mümkün olacaq, amma bu aparılacaq işlərin nəticələrindən və yekun rəydən asılıdır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












