Bayılda vəziyyət gərgindir: Evlərin içindən FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Bayıl qəsəbəsinin Buxta küçəsində yenidən uçqun tipli sürüşmə baş verib. Avtosfer.az-ın “qafqazinfo”a istinadən verdiyi məlumata görə, hazırda ərazidə uçan evlə (Rəhilə Ağayevaya məxsus mənzil 9, ev 19 a) yanaşı, divarları çatlamış xeyli sayda digər evlər var. Evi ziyan görmüş vətəndaşlardan biri Sədaqət Əliyeva bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər: “Bir-bir evlər uçur. Hamısı sənədli evlərdir. Ən köhnə ev 1943-cü ildə, ən təzəsi isə 1982-83-cü illərdə tikilib. Hər 4 gündən bir gəlib sökülən evə baxırlar, vəssalam. Hər yerə yazmışıq. Bir qalaq məktubumuz var ki, tezliklə bina söküləcək. Köçürülmə ilə bağlı bizə hər hansı bir söz deyilməyib”. Xatırladaq ki, ötən il indi uçan evin qonşuluğundakı 17 saylı mənzil də tamamilə dağılmışdı.







Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












