Bazar gününün hava proqnozu açıqlanıb

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-25° isti təşkil edəcək.
Fidan
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












