Bazar gününün hava proqnozu açıqlanıb

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcək.
Fidan
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










