Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər

Nəticələri ləğv edilmiş İmişli rayonu Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki yanvarın 29-da baş tutan bələdiyyə seçkisinin tam nəticələri təsdiq olunandan sonra elan edilə bilər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, seçkinin ümumi nəticələri təsdiq edilməmiş hər hansı bələdiyyə üzrə təkrar seçkidən danışmaq olmaz.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) İmişli rayonunun Ağcüyür və Bəcirəvan kəndlərini əhatə edən Bəcirəvan bələdiyyəsi üzrə keçirilən seçkinin nəticələrini fevralın 3-də ləğv edib.
Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinə görə, bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə, yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda MSK-nın qərarı ilə əlavə seçki keçirilir.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, müraciətlərə baxılması fevralın 23-ü, yəni seçkinin yekunlarının elan edilməsinə qədər aparılacaq.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












