Bədənində çoxsaylı döymələr olan kişi meyiti tapılıb - Bakıda

Bakı şəhərində bədənində çoxsaylı döymələr olan kişi meyiti tapılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 17-də paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində, yol kənarında 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. İdman paltarında olan həmin şəxsin bədənində çoxsaylı döymələr olub. Belə ki, onun kürəyində rusca yazı, bulud üzərində qandallı qadın təsviri, sol bazunun bayır səthində hörümçək toru təsviri, sol said tərəfdə qızılgül təsviri, sağ bazu tərəfdə hörümçək toru təsviri, sağ said səthində tikanlı məftil təsviri, döş qəfəsinin ön səthində pələng təsviri, sol budun ön səthində baş skletinə sancılmış xəncər təsviri, sol baldırın yuxarı ön səthində yanan-əriyən şam təsviri, sağ baldırın orta bayır səthində kəlləyə sancılmış xəncər təsviri, sağ baldırın aşağı ön hissəsində ayaq pəncəsinə doğru iynəsini qaldırmış əqrəb təsviri əks olunub.
Meyiti tapılan şəxsin ölüm səbəbi və şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












