“Belarus” traktorlarının istehsalı genişləndirilə bilər

Azərbaycan regionun ən etibarlı iqtisadi tərəfdaşlarındandır. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında belaruslu ekspert Yuri Şevtsov deyib. Ekspert Azərbaycan-Belarus əməkdaşlığının uğurlu nümunəsi kimi Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında işbirliyinə toxunub. O qeyd edib ki, bu müəssisələr arasında 2018-ci ilin sonunadək “Belarus” traktorlarının istehsalının genişləndirilməsi barədə saziş imzalaması gözlənilir: “Gəncə Avtomobil Zavodu birgə istehsalat üzrə əməkdaşlıq sahəsində liderdir. Ticarət münasibətləri baxımından Azərbaycan Belarus üçün daha cəlbedicidir, nəinki Gömrük İttifaqında və Avrasiya İttifaqında Belarusla birgə iştirak edən Ermənistan. 8 min “Belarus” traktorunun və 3,5 mindən çox “MAZ” texnikasının Gəncə Avtomobil Zavodunda yığılması onu göstərir ki, bu sahədə səmərəli əməkdaşlıq üçün kifayət qədər yaxşı baza var. Ümumilikdə, maşınqayırma sahəsi ikitərəfli əməkdaşlığın genişlənməsi üçün prioritet istiqamətdir və fikrimcə, bu sahə perspektivdə ən aparıcı istiqamətlərdən olacaq”. Y.Şevtsov əlavə edib ki, Belarus, həmçinin Azərbaycanla birgə texnoparkların yaradılmasında, eləcə də istehsalat məhsullarının üçüncü ölkələrə ixracının inkişaf etdirilməsində maraqlıdır: “Yüksək texnologiyalar sahəsində fəaliyyət də maraqlı sahələrdəndir və mənə məlum olduğu qədər, əməkdaşlıq barədə ikitərəfli razılaşmalar mövcuddur. Bu imkanlar hesab etməyə əsas verir ki, ölkələrimiz elm və yüksək texnologiyalar sahəsində layihələr üzərində birgə işləyə, intellektual, elmi, texniki və istehsalat potensialını artıra bilərlər”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












