Belarus vətəndaşı gömrük işçisi və xarici vətəndaşları bıçaqlayıb

Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb.
Belarus vətəndaşı, 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.
A.Nikolayeviç polislər tərəfindən saxlanılıb.
Yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən şəxs və xəsarət alan Belarus və Ukrayna vətəndaşları TIR sürücüləridir.
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "Report"a bildiriblər ki, hadisə zamanı xəsarət alan Emil Əliyarbəyov gömrük işçisi deyil: "O, “İpək yolu” gömrük terminalının dayanacağının mühafizəçisidir".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












