Bənzərinə görə 17 il həbsdə yatdı - bir milyon dollar təzminat ödəniləcək

Kanzas ştatının rəhbərliyi ona çox bənzəyən başqa bir şəxsə görə 17 il həbsdə yatan keçmiş məhkuma 1,1 milyon dollar ödəməyə razılıq verib. Avtosfer.az oxu.az-a istinadən bildirir ki, bu haqda “Associated Press” məlumat verir. Bildirilir ki, 42 yaşlı məhkum Riçard Entoni Cons və Kanzasın rəhbərliyi ilə razılıq 17 dekabrda əldə edilib. Ştat prokurorunun sözlərinə görə, R.Cons qeyri-qanuni həbs olunan şəxslərə ödəniləcək təzminat haqqında yeni qanuna əsasən təzminat alacaq ilk insandır. Hazırda daha iki oxşar iddia nəzərdən keçirilir. Cons 1999-cu ildə oğurluq etməkdə təqsirli bilinərək həbs edilmişdi. Onun sübutlarının olmasına baxmayaraq, şahidlər onu oğruya bənzətdiklərinə görə o məhkum edilmişdi. Və yalnız 17 il sonra onun vəkilləri ona çox bənzəyən başqa bir şəxsi tapdıqdan sonra hadisə şahidləri özlərinin ilkin ifadələrində əmin olmayıblar və R.Cons azadlığa buraxılıb.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










