Bəraət alan qadınla bağlı hökmdən apellyasiya protesti verilib

Bakı Apellyasiya Məhkəməsində Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib. İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb. Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb. Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












