Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub - VİDEO

Bərdə rayonnunda avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Fərahim Əliyev şikayət edərək ona məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat verib. Bərdə RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib. A.Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Qaçırılan avtomobil və saxlanılan şəxsin üzərində aşkarlanan narkotik vasitə maddi sübut kimi götürülüb. Rayon ərazsində daha bir avtomobilin qaçırılması barədə Bərdə RPŞ-yə müraciət olunub. Rayon sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Mehdili kənd sakini, Bəxtiyar Əliyev saxlanılıb. Hər iki oğurluq faktına görə araşdırmalara başlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












