Bərdədə avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verildi - FOTOLAR

Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, yol 15 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25 kilometr olan IV texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr quraşdırılıb. Yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib.
Diqqətə çatdırılıb ki, Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da təkan verəcək. Bununla yanaşı, bu cür yolların istifadəyə verilməsi ümumilikdə, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.
Dövlət başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO













