Bərdədə bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub – VİDEO

Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, yerli sakinlərin "Report"un Qarabağ bürosuna verdikləri məlumata görə, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.
A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
***11:31
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Yerli sakin Əhmədov Telman Firudin oğlu Qarabağ qəsəbəsindəki küçələrdən birində 1971-ci il təvəllüdlü anası Vəliyeva Aybəniz Telman qızına boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib. Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












