Beş ayda 1,4 ton narkotik qanunsuz dövriyyədən çıxarılıb

"Cari ilin 5 ayı ərzində 1 ton 400 kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb". APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O bildirib ki, bu il narkotiklərin 700 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən dövriyyədən çıxarılıb: "Azərbaycan narkotiklərin dövriyyəsi üçün tranzit ölkədir. Xüsusilə Astara, Lənkəran, Cəlilabad, Biləsuvar və Masallıya İrandan narkotik maddələr daşınır".
Ə.Həsənov Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayını da açıqlayıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən çoxdur: "30 mindən 12 mini Bakı şəhərini, 12 mini isə Lənkəran şəhərini əhatə edir. 2017-ci ildə isə 2000 nəfərdən çox şəxs narkotik istifadəçisi kimi qeydiyyata götürülüb".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












