Beş nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsində polis müstəntiqi ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Tural Alıyev ifadə verib. O bildirib ki, istintaq dövründə təqsirləndirilən H.Quliyev öz müdafiəçisi ilə birgə sənədlərə qol çəkib. Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov isə müvəkkili ilə T.Alıyev arasında telefon danışıqları olduğunu, H.Quliyevin hüquqlarının pozulduğu deyib. O, müstəntiqdən mobil telefonunun nömrəsini məhkəməyə təqdim etməsini istəyib. Müstəntiq isə telefon nömrəsini vermək istəmədiyini söyləyib. Təqsirləndirilən şəxs isə vurğulayıb ki, müstəbtiq T.Alıyev onunla bir neçə dəfə telefonla danışıb. Hakim deyib ki, istintaq dövründə H.Quliyevin müdafiəçisi olmuş vəkil Şükür Şıxıyev bu dəfə də məhkəməyə gəlməyib. Məhkəmənin hazırlıq iclası noyabrın 21-də davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












