Beş nəfərin ölümünə səbəb olan sürücünün vəkili məhkəmədə dindiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynovun ötən məhkəmə iclasında qaldırdığı vəsatətə münasibət bildirilib. Vəkil vəsatətində deyib ki, istintaq dövründə müvəkkilinin müdafiə hüququ pozulub: "İstintaq dövründə Heydər Quliyev hansı sənədlərə qol çəkdiyini bilməyib". Ə.Hüseynov cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Hakim qeyd edib ki, istintaq dövründə H.Quliyevin hüquqlarını vəkil Şükür Şıxıyev qoruyub: "Cinayət materiallarında Heydər Quliyevin müdafiəçisi vəkil Şükür Şıxıyev olub. Onun vəkili ilə birgə sənədlərə imza atdığı qeyd edilib". Hakim həmin vəkilin məhkəməyə dəvət edilib, ona suallar verilməsi barədə qərar çıxarıb. Məhkəmə iclası noyabrın 12-dək təxirə salınıb. Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












