Beş nəfərin ölümünə səbəb olan sürücüyə höküm oxunub

Lənkəran Ağır Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zakir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Əli Hüseynovun APA-ya verdiyi xəbərə görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil məhkəmənin hökmünün ədalətli olmadığı üçün apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi "VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova və daha bir nəfər hadisə yerində ölüb, Z.Əliyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












