Beyləqanda 200-ə yaxın ağac yandırıldı: Təbiətə 40 min manat ziyan vurulub - VİDEO

Beyləqanda, yol kənarında kol-kos yandırılıb, içində xeyli ağac yanaraq məhv olub. Avtosfer.az-ın məlumatına görə, hadisə təxminən 25 gün əvvəl Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində baş verib. Avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağac yanıb. Faktla bağlı akt tərtib edilib və təbiətə 39 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Təqsirkarların tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon polis şöbəsinə göndərilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












