Bəylər Eyyubov bu vəzifəyə getdi – RƏSMİ

Bu ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin olunması barədə xəbərlər yayılmışdı. Avtosfer.az xəbər verir ki, ancaq həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi. Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.
Bəylər Eyyubovun orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.
General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub. Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil.
Qeyd edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.
1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin edilib. 2019-cu ildə o azad edilib və Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.
Qeyd edək ki, bu barədə xəbəri daha əvvəl “manset.az” saytı yayıb.


“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












