Beynalxalq Avtovağzal işçi axtarır - “Məntəqə nəzarətçisi” - ELAN

Vəzifə öhdəlikləri:
- Sahə üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarından xəbərdar olmaq;
- Digər normativ-hüquqi aktları, Cəmiyyətin əmr, qərar və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, şöbənin Əsasnaməsini, Cəmiyyət rəhbərliyinin tapşırıq və göstərişlərini bilməli və onlara əməl etmək;
- Sərnişindaşıma ilə bağlı texnoloji prosesə riayət etməklə, təsdiq olunmuş hərəkət cədvəlinin tələblərinə uyğun olaraq avtobusların platformaya verilməsini və vaxtında yola salınmasını təmin etmək;
- Platformaya verilən avtobusların üz tərəfində aidiyyəti trafaretlərin olmasına nəzarət etmək;
- Biletlərin əvvəlcədən və ya gündəlik satışı cədvəllərindəki qeydlər sərnişinlərin tutduğu yerlərin sayına uyğun gəlmədikdə və artıq satılmış biletlər aşkar edildikdə, səbəblərinin aydınlaşdırılması üçün yuxarı rəhbərliyə məlumat vermək.
- Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili (nəqliyyat, logistika və ya idarəetmə sahəsində olması üstünlükdür);
- Cəmiyyət rəhbərliyinin şöbə qarşısında qoyduğu tapşırıqlara operativ yerinə yetirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək;
- Əmək qanunvericiliyinin tələblərini pozmamaq;
- Daxili nizam-intizam qaydalarına əməl etmək;
- İş zamanı geyim formasında (mövsümi) olmaq;
- Təlimatla müəyyən edilmiş vəzifə və funksiyaları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq növbəli iş həftəsi;
- İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına, mövzu xanasına “Məntəqə nəzarətçisi” yazaraq CV göndərə bilərlər.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












