Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmə sessiyası işə başlayıb - FOTO

Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik məsləhətləşməsilə bağlı sessiyası işə başlayıb. Tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konfrans Mərkəzində hibrid formatda keçirilir. Avtosfer.az xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Baş katibi Yung Tae Kim sessiyanı giriş nitqi ilə açıb.
ITF-nin institusional əlaqələr və sammit rəhbəri Mari Krass qrumun beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrindən və qarşıdan gələn Zirvə toplantılarından danışacaq.
Ölkəmizi illik məsləhətləşmədə səfir Leyla Abdullayeva təmsil edir və o, Azərbaycanın 2026-cı il ITF sədrliyinin prioritetlərini təqdim edərək, Azərbaycanın sədrliyi dövründə qurumun hədəfləri və əməkdaşlıq istiqamətlərindən danışacaq.
Sessiyada qlobal nəqliyyat siyasətinin formalaşmasında mühüm rol oynayan beynəlxalq dialoqun növbəti mərhələsi müzakirə olunur.
Qeyd edək ki, 2007-ci ildən bəri keçirilən bu məsləhətləşmələr dünya üzrə 60-dan çox beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatını bir araya gətirərək nəqliyyat sektorunda əməkdaşlığı gücləndirməyi hədəfləyir. Əsas tematik istiqamətləri müzakirə etmək məqsədi daşıyan bu platforma 2025–2027-ci illəri əhatə edən “Nəqliyyatın davamlılığı” trilogiyasının mərkəzində dayanır. Tədbirdə beynəlxalq və hökumətlərarası qurumlar, maliyyə institutları, sənaye birlikləri, tənzimləyici orqanlar, tədqiqat mərkəzləri və həmkarlar ittifaqları kimi dəvət olunmuş təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə həmçinin, ITF Katibliyi təşkilatın davamlı nəqliyyat üzrə araşdırmalarını təqdim edəcək və iştirakçılarla potensial əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu sessiyada 2026-cı il sammitinin əsas mövzuları təqdim olunacaq. İştirakçı təşkilatlar nəqliyyat sektorunun maliyyələşdirilməsi ilə bağlı öz təkliflərini və baxışlarını bölüşəcəklər. Sessiya çərçivəsində tərəfdaş təşkilatlar üçün geniş əməkdaşlıq imkanları təqdim ediləcək.

Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










