Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ

Gündəm 3 Aprel 2026 20:33
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 2-si BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-İsrail qüvvələrinə və İrana bir sıra çağırışlar edib. Baş katibin çağırışlarında bir sıra diqqət çəkən məqamlar ortaya çıxıb ki, bu da beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, Antonio Quterreşin çağırışında narazılığa səbəb olan əsas səbəb onun ölkələrə qarşı yanaşması olub. Belə ki, Quterreş ABŞ-İsrail qüvvələrini İrana hücumu mümkün qədər tez yükunlaşdırmağı, İranı isə dərhal qonşu ölkələrə qarşı hər hansı hücum aktlarından çəkinməyi bildirib. Yəni, ABŞ-İsrail qüvvələrinə qarşı yumşaq və yola gətirəcək üslubda, İrana qarşı isə daha sərt tərzdə çağırış edib. Onun bu mövqeyi sosial şəbəkələrdə istifadəçilər tərəfindən də qınağa səbəb olub. İnsanlar Quterreşi daha əvvəl Rusiya-Ukrayna münaqişəsi dövründə, 2022-ci ilin may ayındakı çıxışında da eyni tərzdə davranmaqda günahlandırıblar. Bildirilib ki, həmin dövrdə də Quterreş Rusiyaya Ukraynadakı əməliyyatları dərhal dayandırmaq çağırışı etmişdi. Quterreşin Qəbr ittifaqına bu qədər yumşaq üslubu sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və BMT-nin 1946-cı ilə qədər mövcud olan Millətlər İttifaqı kimi dağılacağını qeyd ediblər.

Quterreşin çıxışı ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, BMT öz nüfuzunu itirmiş qurumdur və faktiki olaraq heç bir münaqişənin həllində aktiv şəkildə iştirak edə bilmir:

“Çünki bu qurumu yaradan dövlətlər təşkilatın əsas prinsiplərinə xəyanət etdilər. Faktiki olaraq dünyada bu qurum beynəlxalq hüququn möhkəmlənməsinə xidmət etməlidir, ancaq elə ilk növbədə dünyada hüququ məhz bu qurumu yaradan ölkələr pozdular. Yəni, müxtəlif məsələlərə öz maraqları çərçivəsində yanaşmalar sərgilədilər və nəticə etibari ilə də tezliklə BMT sıradan çıxmağa başladı. “Soyuq müharibə” nəticəsində SSRİ dağıldıqdan sonra artıq BMT çox səssiz və Qərbin dominantlığı altında fəaliyyət göstərən bir quruma çevrildi. Məsələn bu necə ola bilər ki, BMT Təhlükəsik Şurası ən mühüm qərarları qəbul edə bilir və BMT Təhlükəsik Şurasında daimi üzvlər “veto” hüququna malikdir. Bu, dünyanın mandat sistemi ilə yenidən bölüşdürülməsi anlamına gəlir. Dəfələrlə də buna etirazlar olub, ancaq dəyişdirilən bir şey yoxdur. Ola bilər, bəli, bəzi ölkələr BMT-ni tərk edə bilər. Mənim fikrimcə tərk etməlidirlərdir. BMT bugünə qədər hansısa önəmli iş görüb ki?! Elə bizim münaqişəmizi götürək. Qarabağın 30 il ərzində işğalına biz öz haqqı səsimizi çatdıra bilmədik. BMT tərəfindən 4 qətnamə qəbul edilmişdi, o qətnamələrin heç birinə də riayet edilməsi üçün Ermənistana heç bir təzik göstərilmədi. Yəni, olduqca dişsiz bir qurum əlbəttə ki, ABŞ-ni dəstəkləyəcək.

Antonio Quterreşin hər hansısa bir şəkildə ABŞ və müttəfiqlərinin əksinə açıqlama verməsi mümkün deyil. Yəni, bu, tamamilə təzadlı bir fikirdir. İkincisi də ki, Rusiya-Ukrayna münaqişəsində də qorxaqlıq nümayiş etdirərək, eyni cür - necə ki, ABŞ-İsrail qüvvələrinin İrana hücumu zamanı eyni hərəkət etdi, BMT rəhbərliyi həmin dövrdə konkret şəkildə ABŞ-nin və onun dəstəklədiyi Ukraynanın xeyrinə açıqlamalarla çıxış edirdi. Yəni, bu, çox absurd bir məsələdir. Bu, Qərbin dominantlığı altında fəaliyyət göstərən bir təşkilatdır və heç nəyə də yaramayan bir qurumdur.

Bəli, böyük ehtimalla, Millətlər İttifaqı kimi o da dominant effekti yaradaraq dağılacaq. Mən deyim ki, buradan çıxacaq ilk ölkələr, böyük ehtimalla elə bu təşkilatı yaradan ölkələrin özləri olacaq. Çünki artıq ABŞ Yaxın Şərqdəki münaqişələrlə əlaqədar Sülh Şurasının yaradılması barəsində təşəbbüs irəli sürüb. Elə BMT-nin də ümumilikdə dünyada münaqişələrin qarşısını almaq üçün yaradıldığı bildirilmişdi. Lakin iş elə gətirdi ki, BMT yarandığı ildən bu yana Yaxın Şərqdə münaqişələr başladı. Yəni, BMT problemlərin həlli üçün heç bir addımı atmayıb. Yəqin ki, ölkələr zamanla çıxacaqlar və bu təşkilat da Millətlər Məclisi kimi dağılacaq”.

Səfər

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh