Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib - VİDEO

Astarada sürüşmə zonalarında aktivlik yaranıb. Torpaq qatı sürüşərək evlərin ətrafına yayılıb. Avtosfer.az-ın məlumatına görə, söhbət Astaranın Miki kəndindən gedir. Son günlər yağan aramsız yağışlar cənub bölgəsindəki sürüşmə zonalarında aktivliyi artırıb. Kənddə torpaq qatı ağaclarla birlikdə sürüşərək evlər üçün təhlükə yaradıb. Torpaq qatının sürüşməsi nəticəsində bir neçə yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Məsələ ilə bağlı adiyyəti qurumlar da məlumatlandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər göürüləcək. İntensiv yağışlar Ağstafadanın Köçəsgər kəndində də sürüşmə zonalarını aktivləşdirib. Kəndin iki hissəsini birləşdirən əsas yol uçub. İkinci yol da yararsız haldadır. Yağıntıların səbəb olduğu torpaq sürüşməsi günü-gündən artır. Ağstafanın baş memarı Sənan Mustafayev "Xəzər Xəbər"ə bildirid ki, aktiv sürüşmə sahəsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Müraciət əsasında müvafiq qurumlara tapşırıq verilib və yaxın vaxtlarda ərazidə meliorativ tədbirlər görüləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












