Bəzi yollarda sürüşmə prosesi aktivləşib

Azərbaycan ərazisində yeni sürüşmə sahələri yaranıb. Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bəzi rayonlarda sürüşmə aktivliyi qeydə alınıb: “İyunda atmosfer yağıntılarının təsirindən Şabranda Qazbabalı kəndində və Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Həmin sahəyə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb. Aktivlik hazırda da davam edir. Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunda da sürüşmə sahəsi aktivləşib. Yolun sol və sağ çiynində çökmə-oturma prosesləri aşkarlanıb”.
Əziz Qaralov qeyd edib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib.
Lokal sahələrdə uçqun qeydə alınıb.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












