“Bəziləri düşünür ki, qadınların avtobus sürməsi problem yaradacaq” – NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA - VİDEO

“BakuBus” MMC qadınların ictimai nəqliyyat sahəsində daha fəal iştirakı üçün yeni təşəbbüsə start verib.
Avtosfer.az xəbər verir ki, şirkət qadınları avtobus sürücüsü kimi fəaliyyət göstərmək üçün müraciət etməyə çağırır. Artıq bir neçə qadın bu vəzifəyə maraq göstərərək müraciət edib.
Məsələni saytımızın sosial şəbəkə hesablarında şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu gün bir çoxları "Qadınlar avtobus sürücüsü ola bilərmi?" sualını ünvanlayır.

"Azərbaycanda qadınlar avtobus sürücüsü ola bilər və buna heç bir maneə yoxdur. Əvvəllər ölkəmizdə qadın tramvay sürücüləri olub, bu gün dəmir yolunda qadın maşinistlər var, hətta qadın pilotlar belə ola bilir. Bəzən bu mövzuya qarşı cəmiyyət tərəfindən skeptik yanaşmalar müşahidə olunur. Bəzi insanlar düşünür ki, qadınların avtobus sürməsi problem yaradacaq. Əslində, əgər şəxs öz işinin peşəkarıdırsa, cinsiyyətin burada heç bir fərqi yoxdur. Mühüm olan sürücünün təcrübəli və məsuliyyətli olmasıdır.
Təxminən iki il əvvəl "Xaliq Faiqoğlu” şirkəti qadın sürücülərlə bağlı müraciət qəbul etdiyini açıqlamışdı, lakin həmin dövrdə heç bir müraciət daxil olmamışdı. Dünən bu məsələ ilə bağlı şirkət rəhbəri ilə danışdım və o da bildirdi ki, həmin vaxt müraciət qeydə alınmayıb".
Ekspert bildirib ki, son günlərdə isə Bakubus MMC tərəfindən qadın sürücülərlə bağlı yenidən müraciət prosesi başlayıb.
"Artıq 10-a yaxın qadın müraciət edib. Amma əsas problem müraciət edənlərin sürücülük kateqoriyası ilə bağlıdır. Onlar əsasən “B” və ya “BC” kateqoriyası ilə müraciət ediblər, halbuki avtobus sürmək üçün “D” kateqoriyası tələb olunur.
Qanunvericiliyə əsasən, həm qadın, həm kişi sürücülər 22-65 yaş arasında olmalı və D kateqoriyası üzrə sürücülük hüququna malik olmalıdırlar. Bu kateqoriyanı əldə etmək üçün ən azı 5 il sürücülük təcrübəsi tələb olunur. Yəni, sürücü əvvəlcə “B” və ya “C” kateqoriyası ilə avtomobil idarə etməli, sonra D kateqoriyasına hazırlaşa bilər. Bu təcrübə yalnız avtomobilə sahib olmaq deyil, aktiv idarəetmə praktikasını nəzərdə tutur.
Hazırda “BakuBus” MMC bu qadınlara təlimlər təqdim edir və onları imtahanlara hazırlaşdırmaq üçün dəstək verir. “D” kateqoriyasını əldə etdikdən sonra qadınlar test və tibbi yoxlanışlardan keçərək avtobus sürücüsü kimi fəaliyyət göstərə biləcəklər".
Elməddin Muradlının mövzunu şərh etdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Fidan
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












