Bıçaqlanan şəxsi daha sonra maşın vurdu

Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Ocaqquliyev Qoşqar Eyyub oğlu Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib. Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi "Nazlifan" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












