Biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb - FOTO

Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilərək saxlanıb. Tərtər rayon sakinləri - Rahim Fərman oğlu Qurbanov və Sirac Muxtar oğlu Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub. Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcısı Natiq Şirinovun verdiyi məlumata görə, yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Bununla da həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Tərtər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO














