Biçilmiş taxıl sahələrini yandıran şəxs həbs edilib - 5 gün müddətinə

Quba rayonunda biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb. Görülən təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınmış, bu zaman xəsarət alan olmayıb. Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












