Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO

Vətəndaşlar Binəqədi şosesi ilə "Baksol yolu", həmçinin Biləcəri istiqamətinə gedən yolun kəsişməsində yaranan xaotik vəziyyətdən şikayətçidirlər.
Onların sözlərinə görə, qeyd olunan ərazidə hərəkət düzgün tənzimlənməyib.
"Bir-birlərini gözləmirlər. Buna görə tıxac yaranır. Çox zülm, əziyyət çəkirik", - deyə sürücülərdən biri narazılığını Baku TV-yə ifadə edib.
Digər bir vətəndaş isə bildirib ki, problem yolun özündədir: "İstəsələr, yolu genişləndirə bilərlər. Ərazidə hərəkət düzgün tənzimlənmir".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, illərdir həmin ərazidə vəziyyət dəyişməyib. O bildirib ki, sözügedən ərazidə yeni yanaşmaya ehtiyac var:
"Bildiyimə görə, AYNA-nın bu ərazi ilə bağlı layihəsi var. İlk növbədə, hərəkətin sxemi düzgün təşkil olunmalıdır. Tənzimləmənin işıqfor vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Düzgün sxem qurularsa, ərazidəki xaotik vəziyyət aradan qalxa bilər".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında sözügedən ərazidə layihənin icrası nəzərdə tutulub.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












