Bir əlində telefon, digər əlində isə sükan - VİDEO

Daha bir avtobus sürücüsü sərnişinlərin həyatınıtəhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən 39 saylı marşrut avtobusunun sürücüsü bir əlində telefon, digər əlində isə sükanı tutaraq avtobusu idarə edib. Əlində telefon votsapda kiminləsə danışa-danışa avtobus idarə edir. Sərnişinlərin həyatını təhlükəyə atan bu sürücü hər an qəza törədə bilərdi. Söhbət paytaxtın Yasamal rayonu "Qismət" şadlıq sarayının qarşısından metronun "Elmlər akademiyası" stansiyası istiqamətinə hərəkət edən 39 saylı marşrut avtobusundan gedir. Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək göndərilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər. "Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












