Bir gündə 150-yə yaxın sürücü cəzalandırıldı - VİDEO

Bakıda son 1 gündə 150-yə yaxın sürücü məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın məlumatına görə, səbəb həmin sürücülərin avtomobilini vaxtında texniki baxışdan keçirməməsidir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, ötən gün Bakıda yol polisi təyin edilmiş müddətdə texniki baxışdan keçməyən 150-yə yaxın avtomobil sürücüsünü aşkar edib.
Vaqif Əsədov onu da bildirdi ki, inzibati məsuliyyətə cəlb edilənlər arasında 30-dan artıq avtobus, 25-dək yük avtomobilinin sürücüsü var. Ötən ildən texniki baxışdan keçməyən 19 sürücü də inzibati məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, ilin əvvəlindən mayın 1-dək MDB istehsallı avtomobillər, mayın 1-dən noyabrın 1-dək isə digər xarici ölkə istehsalı olan avtomobillər texniki baxışdan keçməlidir. Qeyd edək ki, istehsal ilindən 5 il ötməmiş avtomobillərin texniki baxışdan keçirilməsinə lüzum yoxdur. İstehsal ilindən 5 ildən 10 ilə qədər olan avtomobillər 2 ildən bir texniki baxışdan keçirilməlidir. Yük və avtobus tipli avtomobillər üçün isə bu qayda tətbiq olunmur. Onlar hər il texniki baxışdan keçirilməlidir.
Xatırladaq ki, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Vaqif Əsədov onu da bildirdi ki, texniki baxışdan keçməməyə görə cərimələnən sürücülər texniki baxışa getməzdən əvvəl təyin edilən cərimə məbləğinin ödənilməsini də təmin etməlidirlər.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












