Bir gündə 3 evdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Balaxanı qəsəbəsində bir gündə 3 evdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsində yerləşən mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və 1 ədəd “Samsung” markalı televizor, həmçinin 300 manatı pulunu oğurladığını bildirib. Eyni tarixdə həmin qəsəbədə yaşayan daha iki ev sahibi mənzillərindən televizor, məişət əşyaları və 1000 manat pulun oğurlandığı barədə Şöbəyə şikayət ərizəsi təqdim ediblər.
Dərhal 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb hadisə yerlərinə baxış keçirilib və qeyd edilən hər 3 oğurluq hadisənin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Nurlan Cəfərov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayətləri törətdiyini etiraf edib.
Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO


















