“Bir günə 18 mindən çox sərnişin daşınıb”

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir günə 18 mindən çox sərnişin daşınıb. Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.
Qurum rəsmisi bildirib ki, sərnişin daşımalarının müasir standartlara uyğun həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində quruculuq və təmir-bərpa işlərinin aparılmasına baxmayaraq, kompleks hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də xüsusi iş rejimində fəaliyyət göstərib: "Bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Müqayisə üçün qeyd edək ki, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınmışdı".
Y.İsakov bildirib ki, bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18 800-dən çox sərnişin yola salınıb.
Qeyd edək ki, ötən illərlə müqayisədə onlayn bilet satışında da aktivlik müşahidə olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












