Bir neçə ağır cinayət törətmiş keçmiş məhkuma hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, oğurluqda və soyğunçuluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, A.Muxtarovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müttəhim məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum olunub. A.Muxtarov əvvəllər məhkum olunub və cəzası ödənilməyib. İttiham aktına əsasən, A.Muxtarov əvvəldən ona borcu olan Tatyana Pisarovanın evinə gedərək onu saçından tutaraq sürüyüb. O, özü ilə götürdüyü ucu iti olan metal parçası ilə onun qarnına zərbə vurub. Daha sonra onu öldürəcəyini deyərək qadından pul tələb edib və evdən 1884 manat dəyərində qızıl və nağd pul aparıb. Bundan başqa, A.Muxtarov 2018-ci il yanvarın 31-də Aysel Mustafayevanın evinə girərək ordan telefon, 200 manat pul və kosmetik əşyalar, ətirlər götürüb. Həmin zaman A.Mustafayeva və anası evə gəlib, lakin A.Muxtarov onlar evdə olan zaman işinə davam edib. Bir qədər sonra pəncərədən həyətə tullanaraq qaçıb. A.Mustafayevaya 762 manatlıq ziyan dəyib. Daha sonra Nəsibə Əsgərovanın evinə pəncərəni sındıraraq girib və 770 manatlıq oğurluq edib. A.Muxtarov zərərçəkmiş A.Mustafayevanın qohumudur. Onun həyat yoldaşı və anası uzun müddət A.Mustafayevanın evində yaşayıb.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










