“Bir neçə dəfə xəbərdarlıq edildiyi üçün uşaq bu qisas üsuluna əl atıb” - “İdrak” liseyində insident

“Fikir vermisinizsə, son dövrlərdə təəssüf ki məktəblilərin, azyaşlıların, yeniyetmələrin şiddətə meyl etməsi ilə bağlı çoxlu xəbərlər alırıq. Düşünürəm ki, bu gün uşaqların psixologiyasına ciddi təsir göstərən əsas səbəbələrdən biri də telefonlar, komputerlər və planşetlərdir”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a “Neuro Academy” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva bildirib.
O, virtual oyunların uşaqlarda yuxu pozğunluğuna səbəb olduğunu deyib:
“Bu oyunlar uşaqların psixi inkişafına təsir edir və onların beyinlərini qıcıqlandırır. Sanki beyin, bir növ, oyaq vəziyyətdə qalır. Belə olan halda uşaq da hər şeyə tez reaksiya verir. Əsəbi və səbrsiz davranır. Üstəlik, bəzi oyunlar – “Roblox”, “PUBG MOBİLE” və s. şiddət məzmunlu olduğu üçün bir çox ölkələrdə qadağan olunub. Bunlardan istifadə edən uşaq da oyunda kimlərisə öldürür, dalaşır və bununla da şiddət, vurmaq, dalaşmaq kimi hallar onlar üçün adiləşir. anki indiki uşaqlarda mərəmət hissi də azalıb. Özləri fərqinə varmasalar da, həmin hadisələr uşaqların şüuraltına təsir edir və bu hallar da davranışda özünü göstərir”.
N. Quliyev diqqəti “İdrak” liseyində baş verimiş gllələnmə hadisəsinə fokuslayıb. O, 10-cu sinif şagirdinin yaraladığı Şəhla kamilovanın davranışını təhlil etməyin çətin olduğunu bildirib:
“Adətən, lisey şəraitində olan müəllimlər daha mülayim, sakit və xoşrəftar olurlar. Ehtimal ki, hansısa tələblərin qoyulması – dərsdə aktiv iştirak etmək, davranış baxımından bir sıra qaydalara riayət etmək, nizam-intizamı pozmamaq kimi qaydalar uşaq üçün məqbul olmayıb. Güman ki, məktəbliyə bir neçə dəfə xəbərdarlıq edildiyi üçün uşaq da bu qisas üsuluna əl atıb. Əlbəttə, müəllimin davranışını təhlil etmək çətindir. Ümid edirəm ki, pedaqoqa yaraşan şəkildə rəftar edib”.
Psixoloq uşaqlara alınan oyuncaqlara diqqət yetirməyin vacibliyini də vurğulayıb:
“Heç bir uşaq birdən-birə aqressivləşmir. Məncə, uşaqlara erkən yaşlarda oyuncaq silahların verilməsi də doğru yanaşma deyil. Çünki bu hal onlar üçün adiləşir. Oyunların da təsiri münasibətlərlə üst-üstə düşdükdə belə hadisələr baş verir. Konkret halda ailə və uşaq haqqında dəqiq məlumatımız yoxdur. Ona görə də “İdrak” liseyində baş verənlərlə bağlı ümumi danışırıq”.
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ










