Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert

"Elə küçələr, elə yollar var ki, orada piyadaların xaotik hərəkəti yaxşı nəticə vermir, nəqliyyatın hərəkətini iflic edir. Məsələn, İstiqlaliyyət və Bünyad Sərdərov küçələrindən Axundov bağına dönən yerdəki vəziyyəti görəndə adam başa düşür ki, deputat tərəfindən verilən təklif reallığı əks etdirir". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Milli Məclisin deputatı Tahir Rzayevin yolu keçən hər bir piyadaya görə maşının saxlanılmasının yolverilməzliyi ilə bağlı fikirinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, bunu hansı küçələrdə tətbiq etməyin mexanizmi işlənilməlidir:
"Bu təklif hansı yollara tətbiq edilə bilər? Buna harada və hansı saatlarda imkan var? Bunun mexanizmi işlənilməlidir. Bizim mental düşüncələrimiz necədir?
İnsanlara desək ki, xahiş edirik gözləyin, adamlar toplaşsın və sonra svetoforu dayandırın, xaotik şəkidə hərəkəti dayandırmayın, bir-bir keçməyin, 5-7 nəfər yığılsın və sonra yolu keçin. O zaman biz müxtəlif bəhanələr eşidəcəyik. Necə ki, qırmızı işıqda sürücü yolu keçəndə eşidirik. Piyadalar da həmin bəhanələrə əl atacaq, evdə xəstə var, idmana, dərsə gedirəm və s. bu cür məsələlər orta çıxacaq".

Elməddin Muradlı bunun bir mədəniyyət məsələsi olduğunu hesab edir:
"Sözügedən qaydanı o ölkələr tətbiq edir ki, orada insanların bir-birinə hörməti, ətrafa münasibəti yüksək səviyyədədir. Bizdə isə insanlarda böyük aqresiya var, hərə bir bəhanə deyəcək".
Ekspert bildirib ki, piyadaların xaotik hərəkəti ilə bağlı deputatın səsləndirdiyi fikirlər tamami ilə əsaslıdır:
"Zaman-zaman bununla bağlı biz də təkliflər səsləndirmişik. Dünya təcrübəsində də belə praktika mövcuddur. Məsələn, Polşada bu cür qayda mövcuddur, əgər piyada yolu keçirsə, svetoforun düyməsini basmazdan öncə mütləq gözləməlidir. 5-7 nəfər yığılır, düymə basılır, hərəkət dayanır və sonra piyada yolu keçir. Hər bir adam üçün svetofor saxlayıb nəqliyyatı dayandırmaq düzgün deyil. Svetofor dayananda ən azı 30 avtomobil dayanır. 30 avtomobildə də ən azı iki nəfərdən hesablasaq bu 60 nəfər edir. Təsəvvür edin ki, 60 nəfər 1 nəfərə görə dayanır".
Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib: "Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












