Biznesmenə qarşı dələdzuluq edən şəxs azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş Elvin Musayevə dəymiş zərəri ödəyib. Məhkəmə zalında iştirak edən E.Musayev D.Alakhverdovdan şikayətçi olmadığını, onunla barışdığını bildirib. Daha sonra məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında D.Alakhverdovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. D.Alakhverdov məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, Gürcüstan vətəndaşı olan D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib. Belə ki, o, E.Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












