“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO

Bir vaxtlar smartfon bazarının liderlərindən olan “BlackBerry” mobil telefon sektorundan geri çəkildikdən sonra diqqətini texnologiyanın fərqli istiqamətlərinə yönəldərək avtomobil sənayesində mühüm mövqe qazanıb.
Avtosfer.az xəbər verir ki, vaxtilə mobil cihaz bazarında dominant şirkətlərdən hesab edilən “BlackBerry” bu gün avtomobil texnologiyaları və təhlükəsizlik sistemləri sahəsində “görünməz lider” kimi fəaliyyət göstərir. Şirkətin 2010-cu ildə satın aldığı “QNX” proqram platforması hazırda milyonlarla nəqliyyat vasitəsində istifadə olunur.
Məlumata görə, “Wall Street Journal”ın yaydığı hesabatda “QNX” proqram təminatının dünya üzrə təxminən 275 milyon avtomobildə aktiv şəkildə işlədiyi bildirilir.
Platforma sürücülərin birbaşa gördüyü sistemlərdən çox, avtomobilin təhlükəsizliyi üçün kritik hesab edilən funksiyaların idarə olunmasında istifadə edilir.
Bunlara toqquşma xəbərdarlığı, zolaqda saxlama köməkçisi, adaptiv kruiz-kontrol və digər təhlükəsizlik texnologiyaları daxildir. Mütəxəssislər qeyd edirlər ki, bu sistemlərin sabit və real vaxt rejimində işləməsi üçün “QNX” kimi yüksək etibarlılığa malik platformalar vacib rol oynayır.
“QNX” prezidenti Con Uoll texnologiyanın əhəmiyyətini “binanın görünməyən, lakin bütün konstruksiyanı saxlayan təməli” ilə müqayisə edib. Onun sözlərinə görə, istifadəçilər sistemi birbaşa görməsələr də, təhlükəsizlik və sabitlik baxımından bu proqram təminatı əvəzolunmazdır.
Bildirilir ki, “QNX” yalnız avtomobil sənayesi ilə məhdudlaşmır. Platforma aşağı nasazlıq riski və real vaxtda işləmə qabiliyyəti sayəsində tibbi avadanlıqlar, cərrahi robotlar və sənaye avtomatlaşdırma sistemlərində də geniş istifadə olunur.
Ekspertlər hesab edirlər ki, “BlackBerry”nin mobil telefon bazarından çəkilməsindən sonra seçdiyi bu yeni istiqamət şirkətin texnologiya dünyasında yenidən strateji mövqe qazanmasına imkan verib. Bir zamanlar “Apple” və “Google” kimi texnologiya nəhəngləri ilə rəqabət aparan şirkət bu gün daha çox arxa planda fəaliyyət göstərsə də, müasir avtomobillərin təhlükəsizlik sistemlərində mühüm rol oynayır.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












