“BMW” markalı avtomobil qaçırılıb - Bakıda

Bakıda “BMW” markalı avtomobili qaçıran şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda “BMW” markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib. Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törədən Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail rayon Polis idarəsinə təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












