“BMW X5” sahibinin barmağını qopardı – VİDEO

Avtomobil həvəskarları arasında bahalı “BMW X5”-ə sahib olmağı arzulamayan tapılmaz. Ancaq belə amerikalı entuziastlardan biri üçün, bu arzu faciəvi şəkildə gerçəkləşib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Nyu Yorkun Lonq Aylend sakini Qodvin Boatenq yeni aldığı avtomobilin “SCAD” sensorunda (avtomobilin qapılarının avtomatik şəkildə yumşaq bağlanmasına cavab verən sistem) baş vermiş nasaslıq ucbatından ağır xəsarət alıb.
Elektrik mühərrikinin anidən işə düşməsi nəticəsində onun barmağı qapının arasında qalıb və yerindən qopub.
Zərərçəkən xəstəxanaya müraciət etsə də, həkimlər ona amputasiya olunmuş barmağının yerinə tikilməsinin mümkünsüz olduğunu bildirib.
Bununla bağlı “BMW” şirkətindən məhkəməyə şikayət edən Boatenq, öz iddia ərizəsində, hadisənin 6 iyul 2016-cı ildə dostu ilə nahar süfrəsi arxasında görüşə hazırlaşan zaman baş verdiyini göstərir.
Avtomobilin sürücü tərəfdən olan qapısı 0,3048 m ölçüdə açıldıqdan sonra, “SCAD” sensoru motoru aktivləşdirib və qapı sərt şəkildə örtülərək, avtomobil sahibinin sağ əl barmağının vətərini, əzələlərini və sümüyünü doğrayıb.
Boatenq iddia ərizəsində əmin edir ki, avtokonsern sözügedən sensorda nasazlığın olduğunu bilə-bilə, müştəriləri bu barədə xəbərdar etməyib.
Boatenq artıq iki dəfə əməliyyat olunduğunu, ağrılarının isə hələ də kəsilmədiyini göstərir.
Dediyinə görə, bəzən ağrılar o qədər şiddətli olur ki, sanki onun olmayan barmağını bıçaqla kəsirlər. O, eyni zamanda artıq köynəyinin düyməsini və ya ayaqqabısının bağlarını düz-əməlli bağlaya bilmədiyini iddia edir.
Zərərçəkən maddi və mənəvi zərərə görə avtokonserndən təzminat tələb edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












